British Columbia Universiteti dünyanın ilk elastik və yuyula bilən batareyasını hazırlayıb.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, batareyanın geyilə bilən texnologiyaların inkişafı üçün xüsusilə vacib olduğu düşünülür. Çünki belə bir batareya geyilə bilən texnologiya məhsullarında elastikliyi artıra bilər.
Paylaşılan videoda tədqiqatçıların "Casio"nun məşhur saat modellərindən biri olan "F91-W" bandını bu plastik qapaqlı elastik batareyadan hazırladıqları görünür. Batareyanın yuyulma qabiliyyətinin yüksək dərəcədə olduğu bildirilir.
Videonu buradan izləyə bilərsiniz.