NASA “International Space Station”da çili bibəri yetişdirib.
Facemark xarici mənbəyə istinadən məumat verir ki, toxumlar bitkilərin böyüməsində lazım olan mühiti formalaşdıran "Advanced Plant Habitat" da əkilmişdir. Layihə 2016-cı ildə eyni stansiyada kahı yetişdirən NASA astronavtı Shane Kimbrough tərəfindən başladılıb.
Astronavtlar çəkisiz şəraitdə uzun müddət qaldıqda dad və qoxubilmə hisslərini itirə bilər, buna görə də çili bibəri kimi ədviyyatlar uzun müddət kosmosda qalan insanlar üçün olduqca faydalıdır.