Alman şirkəti “Adidas” Reebok markasını Amerikanın “Authentic Brands Group” şirkətinə satmağa razılıq verib.


Facemark bildirir ki, şirkətdən verilən açıqlamaya görə, müqavilənin gələn ilin birinci rübündə bağlanması planlaşdırılır. Müqavilə 2,1 milyard avro təşkil edir.


Qeyd edək ki, “Adidas” 2006-cı ildə Reebok-u 3,8 milyard dollara alıb. Ancaq şirkət markadan yüksək gəlir əldə edə bilməyib. 2019-cu ilədək şirkətin mənfəəti yüksək olsa da, 2020-ci ildə “Reebok”un gəliri 42% azalıb.


“Authentic Brands Group” marketinq şirkəti 2006-cı ildə qurulub. “Nautica”, “Forever 21” və “Juicy Couture”, həftəlik idman jurnalı “Sports Illustrated” və tennis avadanlıqları istehsalçısı “Prince” də daxil olmaqla 30-dan çox markaya sahibdir.