Platforma istifadəçilərin canlı yayım təcrübəsini inkişaf etdirmək üçün 7 yeni funksiya təqdim edir.


Facemark xarici mediaya istinadən xəbər verir ki, video platforması olan TikTok canlı yayımların aparılması üçün yeddi yeni variantı işə salır.


  • İlk iki funksiya sosial şəbəkədə zorakılıqla mübarizəni inkişaf etdirmək məqsədi daşıyır. İstifadəçilər yayımdakı şərhləri söndürə və ya səhifələrində görmək istəmədikləri söz filtrinə 200-ə qədər açar söz əlavə edə bilərlər. Profil sahibi və ya ona kömək edən şəxslər canlı yayımda istifadə edilməməli olan söz siyahısına ifadələr əlavə edə biləcək. Əlavə olaraq, qeyri-etik şərh göndərməzdən əvvəl istifadəçilərə sorğu göndəriləcək.
  • “Şəkil içində şəkil” funksiyası izləyicilərə eyni vaxtda canlı yayımı izləməyə və digər tətbiqlərdən istifadə etməyə imkan verəcək. Məsələn siz yayımı izlədiyiniz müddətdə digər platformada sizə gələn ismarıclara cavab yaza biləcəksiniz.
  • "Birgə canlı yayımlar" funksiyasının köməyi ilə insanlar dünyanın müxtəlif tərəflərindən digər istifadəçilər ilə eyni zamanda ünsiyyət qura biləcəklər.
  • "Moderator" seçimi ilə canlı yayımdakı şərhlərə nəzarət etmək üçün istifadəçilər dəstək ala biləcəklər.
  • Canlı sual-cavablar yayımın sahibinə şərhlər arasında deyil, xüsusi sual-cavab bölməsində görünəcək.
  • Xüsusi canlı yayımlar arasında ən məşhurları abunə və tövsiyə edilənlər lentində görünəcək.