“Google” CEO-su Sundar Piçai əsas şirkət olan “Alphabet”in 2021-ci il üçün ikinci rüb nəticələrini açıqlayıb.


Facemark xarici mediaya istinadən bildirir ki, korporasiyanın reklam nəticələri rekord qırıb. “Aphabet”in gəliri 62% artaraq 61,9 milyard dollara, xalis mənfəəti isə iki dəfə artaraq 18,5 milyard dollara çatıb.


“Alphabet” holdinqinə həmçinin “Android”, “YouTube”, “Google Life Sciences”, “Calico”, “Sidewalk Labs”, “Nest”, “Google Ventures”, “Google Capital” və “Google X” daxildir.


Bundan əlavə, “YouTube”un reklam gəlirləri 84% artaraq 3,8 milyard dollardan 7 milyard dollara yüksəlib. “YouTube Shorts”ın qısa video bölümünün videoları gündəlik 15 milyard baxış əldə edir.


“Google”un ümumi reklam gəliri 69% artaraq 50,4 milyard dollara çatıb, əksəriyyəti (35,8 milyard dollar) şirkətin öz mənbələrindən, ilk növbədə, axtarışlardan gəlir.