“YouTube” izləyicilərin kontent yaradıcılarını dəstəkləməsi üçün yeni “Super Təşəkkür” adlı funksiya təqdim edib.
Facemark xarici mediaya istinadən bildirir ki, funksiya 68 ölkədə aktiv edilib.
İzləyicilərin videoya baxarkən sevdikləri kanal sahiblərinini alqışlaya bildiyi ən son funksiyadan sonra “YouTube” yeni funksiyasını “Super Təşəkkür” adlandırıb.
İzləyici kütlələri 2 ilə 50 dollar arasında dörd qiymət nöqtəsində “Super Təşəkkür” paketini ala bilər. Bu paketdən istifadə zamanı istifadəçilər GIF-lərdən istifadə edə, şərhlərini rəngbərəng şəkildə görə bilərlər. Funksiya sayəsində “Super Thanks” paketini alan şəxslərlə kontent yaradıcıları arasında əlaqə dərinləşir və yaradıcıların video premyeralarından, canlı yayımlarından və video yükləmələrindən pul qazanmağa imkan verir.
Qeyd edək ki, “YouTube” bu funksiya üzərində 1 ildir ki, test işləri aparır.