Apple yeni reklam kampaniyasında iPhone 12-nin qaranlıqda selfi çəkmək funksiyasını təqdim edib.


Facemark bildirir ki, YG-nin “In The Dark” mahnısına çəkilən 30 saniyəlik videoda şirkət gecə rejimi sayəsində istifadəçilərin qaranlıqda belə yaxşı selfi çəkə biləcəyini sübut edib.


“9to5mac” saytı bildirir ki, Apple 11-də “gecə modu” funksiyası əlavə edilsə də, yeni modeldə bu mod həm geniş, həm də utlra geniş obyektivdə ön və arxa kameralarda istifadə oluna biləcək.



Reklam çarxında iPhone 12 Pro modelinin istifadə olunduğunu görürük. Qeyd etdiyimiz funksiya bütün 12-seriyalı modellərdə mövcud olsa da, LiDAR skannerinin olduğu ən keyfiyyətli portret şəkillərini çəkmək üçün iPhone 12 Pro və ya iPhone 12 Pro Max modellərinə sahib olmağınız mütləqdir.


Qeyd edək ki, qısa müddət əvvəl Apple beta iOS 15-u təqdim edib. 2015-dən sonra istehsal olunmuş bütün məhsullara uyğun olan bu beta versiya 2021-ci ildə təqdim olunacaq əsas versiyadakı “bug”ları düzəltmək üçün istehsal olunub.