Clubhouse xüsusi podkast seriyaları paylaşmaq üçün “TED” ilə əməkdaşlığa başlayıb.


Facemark “The Verge”ə istinadən bildirir ki, “Thank Your Ass Off” adlı ilk Clubhouse otağı 12 iyuldan başlayaraq hər bazar ertəsi aktiv olacaq. Şirkət açıqlamasında qeyd edib ki, TED Clubhouse tərkibində buna bənzər bir çox otaq açılacaq.


Qeyd edək ki, səsli söhbət platforması Android sistemlərdə işləyən rəsmi beta versiyasını təqdim edib. Beta versiya hələki yalnız ABŞ istifadəçilərinə açıqdır. Versiyanın bir neçə həftə sonra digər ölkələr üçün də aktiv olması nəzərdə tutulub.