Artıq yeni iş yerinizi TikTok vasitəsilə tapa bilərsiniz.
Facemark bildirir ki, bunun üçün lazım olan tək şey yaxşı bir video çəkərək öz bacarıqlarınızı və təcrübələrinizi əks etdirməkdir.
TikTok bu yeni bölməni belə açıqlayır: "TikTok rezüme işə qəbul və yeni iş yerlərinin kəşfi üçün yeni kanal olaraq tətbiqin genişləndirilməsinə və inkişaf etdirilməsinə davam etmək üçün hazırlanmış pilot proqramdır. Biz seçilmiş şirkətlərlə əməkdaşlıq edərək dünyanın müxtəlif hissələrindən olan iş axtaranlara imkanlar təqdim edirik. “Chipotle”, “Target”, “WWE”, “Alo Yoga”, “Shopify”, “Contra”, “Movers + Shakers” və daha bir neçə şirkət TikTok-dakı videolu CV-lərdən işçi götürməyə ürəklidir".
