Microsoft pandemiya dövründə çalışdıqları üçün işçilərinə 1500 dollar bonus ödəyəcək. Bu, həm amerikan işçilərə, həm də vitse-prezident vəzifəsindən aşağı statuslarda işləyən xarici işçilərə şamil olunur.
Facemark bildirir ki, şirkət kampaniya üçün 200 milyon dollar xərcləyəcək. Bununla da “Microsoft” bu çətin dövrlərdə zəhmət çəkən işçilərinə minnətdarlığını bildirmək istəyir.
Bonuslar iyul və avqust aylarında ödəniləcək. Qeyd edək ki, GitHub, LinkedIn və Zenimax kimi daxili şirkətlərinin işçiləri bu kampaniyaya daxil edilməyib.
Ən son yeniliklərdən xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!