PlayStation Plus-un iyul proqramı bütün oyun sevənləri həyəcanlandırmağa davam edir: silahlar, güləşçi ulduzlar, qorxunun ən pik həddi, kainatda macəralar.
Facemark şirkətin bloquna istinadən bildirir ki, proqrama “Shooter” oyunu sevənlər üçün (Call of Duty: Black Ops 4), ən yaxşı yumruq atan oyunçularla döyüş üçün (WWE 2K Battlegrounds), 3-cü tərəfdən qorxu oyunu oynayıb dodağını uçuqlatmaq istəyənlər üçün (A Plague Tale: Innocence) və ya qlobal liderlik siyahısında özünə yer açmaq istəyənlər üçün (Virtua Fighter 5 Ultimate Showdown) oyunlar daxildir.
Bloqda qeyd edilib ki, yuxarıda qeyd edilən oyunlar iyulun 6-dan sonra avqustun 2-nə kimi istifadə edilə biləcək. “Virtua Fighter” isə artıq ikinci aydır ki, istifadəçilərə açıqdır.



