Artıq ABŞ Marsdan video göndərən yeganə ölkə deyil.
Facemark “SpaceNews”a istinadən xəbər verir ki, Çin “Zhurong” araşdırma maşınının köməyi ilə Marsdan həm video, həm də səs yayımlayıb.
Görüntülərdə araşdırma maşınının enmə prosesi ilə yanaşı, səthə təmas etdiyi zamanlar da görünür. “Zhurong” adlı maşının eniş platformasından nə qədər uzaqlaşdığını göstərən bir panorama çəkiliş də video ərzində bizə təqdim olunur (cəmi 774 fut).
“Zhurong” Çinin başqa planetdə yerinə yetirilən ilk ciddi və müstəqil missiyasının bir hissəsidir və ölkə, şübhəsiz ki, nailiyyətlərini mümkün qədər ətraflı şəkildə vurğulamaq istəyir. Bununla da, NASA-ya göz dağı verən Çin, eyni zamanda, bildirir ki, yalnız fotoşəkillər kifayət etmir. İnsanlar audiolar da eşitmək - Mars atmosferini dərindən hiss etmək istəyir.
Qeyd edək ki, videoda eşidilən səslər maşından çıxan səslərdir. Marsın sakit atmosferində gələn səslər isə hələ də qeyri-müəyyən qalır.
VİDEO: