Virgin Airlines şirkəti ən sadiq sərnişinlərinə unikal hədiyyə hazırlayıb. Virgin şirkəti 2011-ci ilin oktyabr ayında "kosmosa terminal" açmışdır və Virgin Galactic SpaceShipTwo adlı servisinə pulsuz kosmik uçuş "qazanmaq üçün" artıq tez-tez aviasərnişinlərinə Virgin Airlines xidmətlərindən istifadə etməyi təklif edir.
Təşəbbüs çərçivəsində Virgin America ‘’Qalaqtikanı’’ təqdim edir. 7 avqust 2013-cü ilə kimi şirkət reys sahəsini hesablayacaq və sərnişinlərdən hər biri uçmaq şansı əldə edəcək və ən yaxşı nəticəyə nail olmuş müştəri hədiyyə alacaq.
"Ən yüksək sərnişin statusunu almaq üçün Qalaktik Virgin America, Virgin Atlantic və Virgin Australia təyyarələriylə uçun !’’ Layihənin saytında bildirilir ki, ‘’suborbital kosmik uçuş bileti qazanmaq üçün 7 avqust 2013-cü ilə qədər böyük miqdarda sahə qazanın" . Belə biletin dəyəri $200 mindən çox təşkil edəcək. Həmçinin bu siyahıda ikinci yer tutacaq şəxsdə, əliboş qayıtmayacaq və oxşar reysdə, antiqravitasiya şəraitində səyahət etmək şansı əldə edəcək.
Hələ ki, bugün şirkət kosmik reysləri təşkil etmir, 2013-cü ilin dekabr ayında isə, onlardan ilkini buraxmağı planlaşdırır. ''İlk reyslər suborbital olacaq, bum isə öz növbəsində sərnişinlərə kosmosun dadını dadmağa imkan yaradacaq. Virgin-in baş direktoru Riçard Brenson, CNN müsahibəsində bildirdi ki, gələcəkdə orbital reyslərə keçəcəyik və ola bilsin kosmosda mehmanxanaların tikintisinə də başlayacağıq".