Son zamanlarda ABŞ-da Apple Mac satışları güclü şəkildə artıb, lakin digər PC istehsalçıları da ondan geri qalmaq istəmir. ABŞ-da birinci rüb satış rəqəmlərini detallı şəkildə əks etdirən yeni hesabatda “Apple”ın liderliyini itirdiyi müşahidə olunur.


Facemark bildirir ki, “Canalys”in hesabatında ABŞ-da 2021-ci ilin ilk rübü üçün PC satışları (masa üstü, noutbuk və planşetlər) ətraflı əks olunub. Pandemiya səbəbi ilə evdə işləyənlərin artması kompüter avadanlığına olan tələbatı və kompüter şirkətlərində satışları artırıb. ABŞ-da bazar əvvəlki ilə nisbətən 73% böyüyüb və noutbukdakı artım göz qamaşdırıcı şəkildə dəyişib: 131%.


Apple, bu bazardan kifayət qədər pay alıb - satışlarının keçən ilə nisbətən 35,7% artıb. Ancaq bu artım belə şirkətin ABŞ-da liderliyini itirməyinə mane ola bilmədi.


“Apple”ın bazar payının azalmasının əsas səbəbi “Chromebook”un gücünün və “Windows” məhsullarının satışlarının artmasıdır. “HP” hazırda ABŞ-da ən çox satılan kompüter markasıdır. İllik artımı 112% olan şirkət həm noutbuk, həm də “Chromebook” məhsulları ilə bazarda olduğu üçün üstünlüyə malik olub. Baş-başa gedən rəqibləri hesabatda “Lenovo” və “Samsung” izləyir.