"Facebook" yeni funksiyasını təqdim edib.
Facemark bildirir ki, mart ayından etibarən “Facebook” video kontentlərdə ən maraqlı hissələri avtomatik təyin edən və kəsən “ağıllı kəsim” funksiyasını sınaqdan keçirməyə başlayıb.
Sınaq dövründən sonra bu ay funksiya daha geniş şəkildə təqdim edilir. “Creator Studio”dan istifadə edən Facebook istifadəçiləri artıq bu funksiyanı istifadə edə biləcəklər.
Şəkildən gördüyünüz kimi, “ağıllı kəsim” ilə avtomatik olaraq hər hansı bir video klipi 1:1 və ya 4:5 ölçüsündə kəsə və Facebook sisteminin əsas elementləri seçməsinə imkan yarada bilərsiniz. Bununla siz yeni bir montaj proqramına müraciət etmədən asan şəkildə işinizi həll edə biləcəksiniz.

