2 iyun “TikTok” ABŞ-da məxfilik siyasətində dəyişikliklər edilib. Tətbiq rəhbərliyi istifadəçilərin biometrik identifikatorlarının və biometrik məlumatlarının toplanacağını bildirib. Bura “üz cizgiləri və səs dalğaları” da daxildir.


Facemark.az “TechCrunch”a istinadən bildirir ki, yeniliklə bağlı "TikTok"un mərkəzi ofisinə açıqlama almaq üçün zəng edilib: “Bu məlumatların toplanması üçün proqramda hansı əlavələr edilməlidir, hələ dəqiq deyil. Proqramda hansısa dəyişiklik olduğu təqdirdə tətbiqetməmiz istifadəçilərdən icazə istəyəcək”.


Hissənin ilk bölməsində TikTok yenilikləri belə açıqlayır: "Görünən obyektləri və dekorasiyaları, üz və bədən quruluşlarını, səs dalğalarını və videoda danışılan sözlərin mətnini müəyyənləşdirmək mümkün olacaq". Yenilik qorxulu görünsə də, Instagram kimi proqramın şəkillərdəki obyektləri müəyyənləşdirdiyi artıq məlumdur. Bu, reklam verənlərə kömək edən funksiyadır.