“CNN” yayım dünyasına keçid edən növbəti nəhəng xəbər kompaniyası ola bilər.
Facemark.az “The Wall Street” jurnalının 1 iyun tarixli xəbərinə əsasən bildirir ki, “CNN” şəxsi yayım xidmətini aktiv etmək üçün işlərə başlayıb. Sənəddə qeyd olunur ki, "CNN+" adlanan bu xidmətdə Anderson Cooper və Don Lemon kimi tanınmış CNN aparıcıları yer alacaq.
“The Wall Street” jurnalında bu yeni servisinin qiyməti, aktiv olacağı tarix haqqında dəqiq məlumatlar hələki mövcud deyil. CNN+ xidmətinin CNN-dən ayrı bir layihə olacağı ehtimal edilir. Lakin pullu-pulsuz olmağı, hansı reklam kampaniyalarının nəzərdə tutulduğu qeyd olunmayıb.
Qeyd edək ki, CNN öz yayım xidməti olan ilk xəbər təşkilatı deyil. “Fox News” 2018-ci ildə "Fox Nation"ı yayım xidməti olaraq aktiv edib. “NBCUniversal” şirkətinə məxsus “Peacock” isə “NBC”, “CNBC” və “MSNBC” məzmunlarından istifadə edir. “ViacomCBS”in “Paramount+” adlı yayım xidməti xəbərlər daxil olmaqla “CBS”dən aldığı məzmunları izləyicilərə təqdim edir.