Dövlət sektorunda şirkətlər sosial şəbəkələrə 12% çox reklam verməyə başlayıb. Facemark.az AKAR-a istinadən bildirir ki, keçən ilin sonunda dövlət şirkətlərinin SMM-ə ayırdığı büdcənin həcmi 4 milyard rublu keçib.


Rusiyanın Rabitə Agentlikləri Assosiasiyasının mütəxəssisləri qeyd edir ki, 2019-cu ilə nisbətən dövlət orqanları və dövlət tərəfindən maliyyələşən şirkətlərin xərcləri 12% artıb.


Onların ümumi reklam sahəsinə verdikləri töhfə isə xeyli az - cəmi 7%-dir.


Ümumilikdə dövlət sektoru reklam üçün 33.37 milyard rubl xərcləyib, bu da keçən ildən 2% azdır. Onlayn reklamın dəyərinin 14 milyard təşkil etdiyini nəzər alsaq, bu, rəqəmsal marketinqin 42%-i deməkdir.


Sosial şəbəkələrdə ən çox pul xərcləyənlər “Sberbank” (1,34 milyard rubl), “VTB” (908 milyon rubl) və “Gazprom” (685 milyon rubl) şirkətləridir. İlk 5-ə 583 milyon rubl ilə “Rostelekom” da daxildir. Siyahıya 518 milyon rubl ilə "Почта России” da əlavə olunub.


Dövlət müştəriləri arasında ən populyar platforma “Instagram”dır - bura 1,13 milyard rubl xərclənib (+10%). İkinci yerdə 1,1 milyard rublla “Facebook”, üçüncü yerdə 950 milyon rublla “VKontakte” qərarlaşıb (+8%). Bununla birlikdə, sorğu iştirakçıları “Facebook”u ən üstün platforma adlandırıblar.


Dövlət büdcələrində artım “YouTube”, “Twitter”, “Telegram” və “TikTok”da (+ 21%) da müşahidə edilib. Digər tərəfdən, “Odnoklassniki” üçün xərclər 8% azalıb.


Planlara gəldikdə, 2021-ci ildə sorğuda iştirak edən şirkətlərin əksəriyyəti (73%) sosial şəbəkələrə investisiya qoyacağını bildirib. Təxminən yarısı SMM üçün büdcələrini artırmaq niyyətindədir. 36% şirkət isə özləri üçün yeni sosial şəbəkə hesabları, ilk növbədə, TikTok və YouTube profili açmağı düşünürlər.