Twitter "Twitter Blue" adlı abunə xidməti üzərində işlədiyini təsdiqləyib.
Facemark.az xarici mediaya istinadən bildirir ki, mikrobloq platforması “Twitter Blue” abunəliyini tətbiqdaxili alış vasitəsi olaraq təqdim edəcək.
Hər şey təhlükəsizlik tədqiqatçısı Jane Manchun Wongun "Twitter"in App Store siyahısını Twitter Blue ilə yenilədiyini kəşf etməsi ilə başlayıb. Siyahı “Twitter Blue”un aylıq 2.99 dollar olacağını da aşkar edib. Məsələnin doğruluğunu kəşf etmək üçün Wong daha da irəli gedib “Twitter Blue”ya abunə olub. Bununla da o, bəlkə də, tətbiqin ilk istifadəçisi olub.
Yeni tətbiq istifadəçilərə çox seçimli profil stilləri və tətbiq ikonları təklif edir.