Amazon “Amazen”, yaxud “Mindful Practice Room” adlanan meditasiya kabinetləri istehsal etməyə başlayacaq.


Facemark.az “Vice”a istinadən xəbər verir ki, kabinetlər şirkət işçilərinin iş vaxtı ərzində istirahət etməsinə kömək edəcək.


Bu meditasiya kabinetlərinin “WorkingWell” proqramı çərçivəsində istehsal olunacağı bildirilib. Proqram şirkət işçilərinin mental və fiziki sağlamlığının qayğısına qalmaq üçün onlara bir sıra idman və yemək vərdişləri təklif edir.


Kabinetin içində relaks olmaq üçün xüsusi aura yaradılacaq: dibçək bitkiləri, kondisioner, masa və kompüter (meditasiya videolarına baxmaq üçün) kabinetin içində olan əsas əşyalardır. Bu kabinetlər Amazon anbarlarında stress altında işləyən işçilər üçün də nəzərdə tutulub.


Qeyd etmək lazımdır ki, “WorkingWell” proqramı Amazon-un işçilərini çox işlətməsi və amansız şəraitə sahib olması ilə bağlı skandallardan sonra yaradılıb. İşçilər ağır iş yükündən və istirahət vaxtlarının əllərindən alınmasından şikayətlənirdilər.