"Nokia" satışa çıxarmağa hazırlaşdığı yeni "Nokia Lumia 920" smartfonunun reklam videosunda çox kobud səhvə yol verib.
"Əksər rəqəmsal fotokameralardan da yaxşı fotolar çəkən yeni "Lumia" smartfonu liderdir", - sloqanlı reklamda sevgilisinin foto və videolarını "Lumia 920" ilə çəkən oğlan smarftonunun "unikal" xassələrini nümayiş etdirir.
"Nokia" satışa çıxarmağa hazırlaşdığı yeni "Nokia Lumia 920" smartfonunun reklam videosunda çox kobud səhvə yol verib. Nokia-nın yeni admiral gəmisi Lumia 920 üçün çəkilən reklamlarda bir detal ortaya çıxdı və Finlandiyalı mobil nəhəngi üzr istəmək məcburiyyətində qaldı.
"Görüntünün Optik Stabilləşdirilməsi Funksiyası" (OİS) adlanan bu funksiyanın tərifləndiyi reklamın bir epizodunda yolda velosipedlə hərəkət edən qızın videoçəkilişi guya "Lumia 920" ilə aparılır. Halbuki yolun kənarındakı treylerin pəncərəsində çəkilişin smartfonla yox, peşəkar videokamera ilə aparıldığı ani olaraq sezilir.
Nokia Lumia 920 haqqında hər şey
Nokia tərəfi reklamda bunu ifadə edən "bir xəbərdarlıq qoymadıqları üçün" üzr istəyərkən, The Verge tərəfindən ortaya çıxarılan bu detalın Lumia 920 satışlarına ola biləcək təsirləri maraq oyadır. "The Verge" yazır: ''Nokia" korporasiyası özünü tərifləmək istədi, rüsvay oldu".
Budur həmin o video və arxasındakı gerçək!