Mozilla Foundation brauzerin yeni stabil versiyası olan Firefox 15-i istifadəyə verib. Brauzer Android əməliyyat sistemi əsasında işləyən kompyuter və mobil qurğular üçün nəzərdə tutulub.

 Yeni brauzerdə kompyuterlər üçün yaddaşın idarəolunması optimallaşdırılıb. Belə ki, artıq Firefox-un əlavələri daha az resurs tələb edəcək. Brauzer fon rejimində yeniləmə funksiyası ilə təchiz olunub. Firefox 15 Google-un veb-səhifənin yükləmə prosesini sürətləndirmək üçün nəzərdə tutulmuş protokolunu - SPDY-nın üçüncü versiyasını dəstəkləyir. 

Brauzerdə PDF.js adlı PDF fayllarına nəzarət sistemi quraşdırılıb. Sıxılmış teksturların dəstəyi hesabına 3D-qrafiklərinin məhsuldarlığı artmışdır. Bundan başqa Firefox 15-də yeni alətlər, həmçinin JavaScript sazlayıcısı mövcuddur.

Qeyd edək ki, kompyuterlər üçün Firefox 15 brauzerini mozilla.org. saytı, Android proqramlarını isə GooglePlay İnternet-mağazası vasitəsilə əldə etmək mümkündür.