“Snapchat” platforması biznes sahibləri üçün hamıya açıq profillərin təşkil edilməsinə imkan yaradıb.


Facemark.az xəbər verir ki, hamıya açıq profillərin yaradılmasından sonra məşhur əyləncə tətbiqi biznes profillərinə də ev sahibliyi edəcək.



Keçən həftə paylaşılan açıqlamada Snapchat bildirib ki, sahibkarlara kontentlərini paylaşmağa, “kəşf elə” bölməsindən yeni müştərilərlə tanış olmağa kömək edəcək. Biznes profillərinin AR Lensləri yaradıb istifadəçilərinə təqdim etməsi də istina edilmir.



Qeyd edək ki, digər istifadəçilər biznes profillərini izləyə, yeniliklərdən xəbərdar ola, AR Lenslərindən istifadə edə bilərlər.