Logistika şirkəti “BoxBerry” Rusiya mağazaların xarici bazarlara çıxarılması üçün layihə rəhbəri vakansiyası elan edib.
Facemark.az xəbər verir ki, vakansiyanın öhdəliklərinə nəzər yetirərək “BoxBerry”nin aqreqator funksiyası yerinə yetirəcəyini güman etmək olar.
Tədarükçülər və istehsalçılara bu cür onlayn saytlara girmək üçün dəstək göstərəcək.
Vakansiya elanına baxaraq demək mümkündür ki, BoxBerry rus şirkətlərini xarici bazarlarda (ASOS, iHerb, StyleKorean) təmsil etmək, eyni zamanda xarici şirkətləri Wildberries, Ozon, Yandex.Market kimi yerli saytlara cəlb etməyi nəzərdə tutub.
Qeyd edək ki, “BoxBerry” onlayn mağazalardan Rusiya, Ukrayna, Qazaxıstana çatdırılmanı təmin edir. Şirkət yaxın günlərdə “eBay” ilə əməkdaşlığa başlayaraq rus istehsalçılardan ABŞ-a və bəzi Avropa ölkələrinə çatdırılma planlanına imza atıb.