Tanışlıq saytı olan Tinder qaydaları pozan, təhqiramiz üslubda mesajları göndərilmədən əvvəl aşkar edə biləcək.


Facemark.az xəbər verir ki, avtomatlaşdırılmış sistem istifadəçilər tərəfindən şikayət olunan mesajlardan "təhqiramiz üslub" aşkar olunanları göndərən şəxsə bildirəcək.


Belə ki, əvvəlcə, mesajı göndərən şəxsə “bu mesajı göndərmək istəyirsinizmi?” məzmununda bildiriş görünsə də, statistikaya əsasən, bu üsul uyğunsuz dildə yazılmış mesajları 10% azaldıb.


Tinderdən əvvəl Instagram və Twitter də bu cürə şərhlərə qarşı nəzərdə tutulan sistemlərdən istifadə edib. Instagram istifadəçilərə gələn fotoşəkillərdən uyğunsuz məzmun ola bilənləri göstərməzdən əvvəl “bunu görmək istəyirsinizmi?” mesajını göndərir.


Mayın əvvəllərində Twitter buna bənzər funksiya ilə istifadəçilərinin qarşısına çıxdı. Belə ki, artıq təhqiramiz üslubda yazılan tweetlər üçün göndərən şəxsin özünə tələb ünvanlanırdı: “Zəhmət olmasa, tweetinizi bir daha gözdən keçirin”.


Digər platformalarda olan yeniliklərdən əvvəl Tinder istismar yönümlü mesajları qəbul edən şəxslərin özünə “Bu, sizi narahat edirmi?” sualı ünvanlayırdı. Yenilikdən sonra isə bu funksiya artıq mesajı göndərən şəxsin özünə də ünvanlanır. Tətbiq rəhbərləri xəbərdarlıqlara nəzarət edən istifadəçilərin blok olunma ehtimalı azaldığını qeyd edib.