Spotify bir neçə gün əvvəl platforma kateqoriyaları arasına səsli kitab kateqoriyasının da əlavə edəcəyinin elanını verib.
Facemark.az xəbər verir ki, Storytel ilə əməkdaşlıq əsasında baş verəcək bu yenilik sayəsində Storyteldə hesabları olan istifadəçilər Spotify ilə hesablarını birləşdirərək hər iki platformada səsli kitablar dinləyə biləcək.
Storytel 25 ölkədə 500 mindən çox səsli kitaba çıxış təqdim edir. O kontent yaradıcılarına hədsiz imkanlar təqdim edən Spotify-la əməkdaşlıq edən ilk böyük şirkətlərdən biri oldu. Spotify isə, öz növbəsində, 2021-ci ilin sonuna qədər “Açıq Qəbul Platformu” daxilində daha geniş əməkdaşlıqlar planladığını bildirib.
“Storytel”in qurucusu və CEO-su Conas Tallender (Jonas Tellander) “Reuters”ə verdiyi müsahibədə qeyd edir ki, tətbiqin hazırda 1,6 milyon abunəçisi var: "Spotify ilə əməkdaşlığımız müştərilərimizin səsli kitab təcrübələrini asanlaşdıracaq. Həmçinin Spotify-da hələ də audio kitabların sehrini duymamış yeni auditoriya ilə tanış olmağımız üçün bizə fürsət yaradacaq”.