Ogilvy-də vəzifəsi 83 ölkədə 132 ofisi əhatə edəcək yeni CCO məlum olub. Ogilvy-də qlobal CCO “kreslo”sunu dolduracaq ad məlum olub.


Facemark.az xəbər verir ki, sektorun irəli liderlərindən biri kimi qəbul edilən və The Drum-ın qlobal miqyasda ən çox mükafat alan CCO-ları sıralamasında ən üst sıralarda yer alan Liz Taylor, Ogilvy-nin yeni qlobal CCO-su olub.


Taylor, yeni vəzifəsində 83 ölkə və 132 ofisdə reklamçılıq, ictimaiyyətlə əlaqələr, təcrübə, sağlamlıq və böyümə, innovasiya olmaqla 5 sahədə Ogilvy-nin yaradıcı işlərinə nəzarət edəcək.


“Kreslo”nu Piyush Pandey-dən alan Liz Taylor, daha öncə də Ogilvy damı altında Leo Burnett-in CCO-luğunu və Publicis Communications Şimali Amerikanın yaradıcı liderliyini öhdəsinə götürüb.


Taylorun agentliyə geridönüşü ilə bağlı açıqlaması isə belə olub: “Ogilvy-yə geri qayıtmağın və bu ikonik şirkəti gələcəyə daşıyan bir komandaya qatılmağın özəl bir tərəfi var.


Yaradıcılığın hər şeyi dəyişdirmək gücü var. İnsanlara və markalara dünya miqyasında təsir yaratmaq üçün ilham verməklə Ogilvy-nin inanılmaz dərəcədə güclü, qlobal yaradıcı istedad şəbəkəsi ilə çalışmağı dörd gözlə gözləyirəm.


Ogilvy-nin qlobal CEO-su Andy Main isə açıqlamasında deyib ki, “Lizi evində, Ogilvy-də qarşılamaqdan daha həyəcanlı olamazdıq”. Əlavə edib ki, “Liz, modern bir yaradıcı liderdir”.


Mənbə: Ad Age, shots.net