Twitter mikrobloq platforması ödənişli abunəliyi və yeni xüsusiyyətləri təqdim etmək üçün çalışır.
Facemark.az xarici mətbuata istinadən yazır ki, platforma üzrə araşdırmaçı Ceyn Mançun Vonq deyib ki, pullu xidmətin adı Twitter Blue olacaq və aylıq haqq isə 2,99 dollar təşkil edəcək.
Ödənişli bir hesab bir çox yeni funksiyadan istifadə etməyə imkan verəcək, məsələn, göndərilən bir mesajdan imtina edilməsi bura daxildir.
Eyni zamanda, mesajları kolleksiyalara və digər funksiyalara birləşdirmək mümkün olacaq.
Qeyd etmək yerinə düşər ki, Twitter-in pullu abunə sistemini işə salacağı ilə bağlı məlumat hələ fevraldan məlum idi. Ancaq həmin vaxt kompaniya pullu abunə ilə bağlı suallara (aylıq abunə haqqının nə qədər olması?, pullu abunənin istifadəçilərə hansı üstünlüklər verəcəyi?) aydınlıq gətirməmişdi.
Twitter-in bir başqa yeniliyi də yenə pulludur və Scroll adlanır. Bu isə istifadəçilərə partnyor saytlara reklamsız baxmağa imkan verəcək.
Kompaniya yenilik hesabına özünün illik gəlirini 2023-cü ilə qədər 7,5 milyard dollara artırmağı düşünür. Üç il ərzində isə hər il istifadəçi sayını 20% artırmaq da planlar arasındadır.