Instagram-ın istifadəçilərə qısa video hazırlama və paylaşma seçimi təklif etdiyi Reels-də reklam dövrü üçün ilk addım atılıb.
Facemark.az-ın məlumatına görə, ilk olaraq Hindistan, Braziliya, Avstraliya, Almaniyada Reels reklamları üçün ilk təcrübələrə başlanılıb. Yeniliklərin yaxın dövrlərdə yeni ölkələrə yayılması hədəflənir.
Reels-də reklam müddəti 30 saniyəyə qədər davam edəcək. Reklamlar istifadəçilərin hekayələrdə gördükləri kimi tam ekran formatında şaquli olaraq paylaşılacaq.
Reels reklamlarında istifadəçilərə şərh, layk, paylaşma, qeydetmə kimi seçimlər də təklif ediləcək.
Facebook, həmçinin, Facebook hekayələrdə stiker reklamları (sticker ads) üçün də yeni bir addım atıb. Stiker reklamları üçün test dövrü qarşıdakı həftələrdə məhdud sayda reklamverən və kontent istehsalçısı ilə birlikdə reallaşdırılacaq.
Kontent istehsalçıları reklamlardan əldə ediləcək gəlirdən pay alacaq. Stiker reklamları ilə daha çox insanın influencer olması və məhsul yerləşdirmənin daha orqanik bir görünüş qazanması hədəflənir.
