Sinqapurun elm, texnologiya və tədqiqatlar üzrə Agentliyi yanında Mikroelektronika institutu 135 QHs tezliklə işləyən ilk kompakt, dəlikli rezonator antena hazırlayıb.
Antena ötürülən siqnalı gücləndirərək eyni tezlikdə işləyən 30 ən yaxşı analoqunu geridə qoyub. Antenanın ölçüləri 1,6×1,2 mm-dir. Bu, silisium bazasında mövcud olan ən kiçik məmulatdır ki, artıq kütəvi mikrosxemlərlə inteqrasiyaya hazırdır.
Bundan başqa, antena mövcud dəlikli rezonator antenalardan 60-70% daha ucuzdur. “Nöqtə-nöqtə” tip şəbəkələrdə məlumatların qəbulu və ötürülməsi sistemi digər komponentlərlə kombinasiyada naqilsiz rabitəni 20 Qbit/s sürətlə dəstəkləmək qabiliyyətinə malikdir. Bu da ən yeni, standart Wi-Fi ilə müqayisədə təxminən 200 dəfə daha böyük sürət deməkdir.