Warner Bros. kino kompaniyası özünün yeni loqotipini təqdim edib.


Facemark.az-ın məlumatına görə, Screen Rant nəşri yazır ki, 1923-cü ildən bəri şirkətin 13 rəsmi loqosu olub ki, onların hamısı qalxanın içərisində WB insialı ilə təsvir edilib.


Sol küncdə köhnə, sağ tərəfdə isə yeni loqo yer alıb.



Yeni loqoda da bu ənənə davam etdirilib. Onu 2023-cü ildə Warner Bros.-in 100 illik yubileyi ərəfəsində Pentagram studiyası ərsəyə gətirib. Yenilənmiş emblem daha düz dizayna və aydın xətlərə malikdir. Emblemdə olan qızılı rəng ağ rəng ilə əvəz edilib. Həmçinin dizaynerlər yeni emblemdə loqonun ortasında yer alan baş hərflərdən ibarət xəttin ortasından keçən Warner Bros. Pictures sözünü də götürüblər.


Warner Bros.-in olduqca minimalist loqosu onun digitallaşmasından xəbər verir.


VİDEO BURADA https://twitter.com/i/status/1349749256383561729