Bentley Motors Flying Spur V8-in Milad versiyasını hazırlayıb. Santa Klausun xizəyinin lüks alternativi Reindeer Eight adlandırılıb.


Facemark.az xəbər verir ki, avtomobilin kapotu qızıl maral təsviri, gövdəsi isə bayram rəngləri ilə bəzədilib. Diskləri isə qızıl təsvirləri ilə parıldayır.


Qırmızı və qızılı rəng kombinasiyası avtomobilin interyeri üçün istifadə edilib. Santa Klausun Yeni ili xatırladan “kreslo”su, bayram ab-havasında hazırlanmış paneli, yaxşı və pis uşaqların siyahısının olduğu toxuma ekranı var.


BAYRAM RUHİYYƏSİNDƏ OLAN VİDEO İSƏ BURADADIR.


Aşağıdakı isə ümumi hazırlıqların olduğu videodur.