MƏQALƏNİN ƏVVƏLİ BURADA
7. Loqistika ciddi problem olaraq qalır, ancaq ümid var
5-10 milyard doza vaksin istehsal etmək özlüyündə ciddi bir problemdir. Eləcə də onu ehtiyacı olan hər kəsə çatdırmaq da lazımdır. Bu, həm maddi, həm də loqistika baxımdan çətindir. Hələ ki, bu mərhələ yalnız bizə lazımdır. Ancaq Qeyts fikirləşir ki, problemin həlli ancaq daha varlı ölkələrin yoxsul ölkələrə köməyindən keçir.
8. Skeptik düşünən şəxslərin sayı azalmaqdadır
Pandemiyadan öncə bir çox insanın fərqli vaksinlərə qarşı şübhəsi var idi. Lakin dünyadakı situasiya insanlara öz fikirlərinə yenidən baxmasına imkan yaratdı. Onun fikrincə, ictimai liderlər, elm adamları, həkimlər belə bir düşüncənin dəyişməsi üçün çox səy göstərdilər. Bundan başqa, komplo teoriləri (Qeyts və xanımı Melinda ətrafında yarananlar da daxildir) də davam edir və bu da prosesi ləngidir. Ancaq Qeyts ümid edir ki, bu proses də müsbətə doğru dəyişəcək.
9. Müalicələrin sayı da artır
Vaksinlərin tapılmasından sonra, növbəti addım istehsal və loqistikadır. Bunun üçün Qeyts Vəqfi Fujifilm Diosynth ilə razılaşma əldə edib. Razılaşmaya görə,Eli Lilly tərəfindən antitel testləri hazırlanacaq. Sonra onlar aşağı qiymətlər ilə orta və aşağı yaşayış səviyyəsi olan ölkələrə də tədarük ediləcək.
10. Testlərdə irəliləyiş müşahidə edilir
Qeyts daha az əziyyət tələb edən testlərin inkişafından danışıb. Bunun üçün laboratoriyaya material göndərmək lazım deyil, onlar hamiləlik testləri kimi dərhal işləyir.
11. İnkişafda olan ölkələr gözləniləndən daha yaxşı işlər görürlər
Qeyts də daxil olmaqla, bir çox alim narahat idi ki, epidemiya inkişaf etməkdə olan ölkələrdə nəzarətdən çıxacaq. Əslində isə nəticələr fərqli idi. Tropik Afrikada ölüm halları, Avropa və ABŞ-dan dəfələr ilə aşağı idi. Nəticə olaraq koronavirus öz-özlüyündə ciddi bir problem olmasa da, bir çox səbəblərə stimul verib.
12. Ölkələr pandemiya ilə mübarizə aparmaq üçün bir araya gəlir
Dünya bu qlobal problemin öhdəsindən gəlmək üçün bir araya gəlib. Bu, qlobal istiləşmə də daxil olmaqla, dünya ölkələrinin bir çox problemlərdə gələcəkdəki birliyindən xəbər verir.