Facemark.az xəbər verir ki, bu markaların arasında Türk markası A101-də yer alır. Şirkətin təkcə Instagram platformasında 9 milyona yaxın abunəçisi var.
A101-in marketinq direktoru Yeliz Yahşi Bilgiç mövzu ilə bağlı deyib ki, “Sosial media hər zaman bizim üçün müştərilərimizə qulaq verdiyimiz və onlarla əlaqə qurduğumuz bir məcradır. Ən çox bəyənilən marka olmaq isə hər şeydən öncə müştərilərimiz ilə qurduğumuz güvən münasibətinin digitalda yansımasıdır. Dünya miqyasındakı nəhəng markaları geridə qoyaraq, bu uğuru əldə etmək isə ayrıca qürurvericidir”.
