Nokia 2030-cu ilədək 6G şəbəkəsini işə salacaq. Kompaniya Aİ səlahiyyətlilərindən maliyyə dəstəyi alacaq.


Fin şirkəti Nokia 6G yeni nəsil mobil texnologiya layihəsinə rəhbərlik edəcək.


Facemark.az xəbər verir ki, Bloomberg-in yazdığına görə şirkət 2030-cu ilə qədər 6G yeni nəsil mobil texnologiya layihəsini ticari olaraq bazara çıxarmağı planlaşdırır.


Layihə Aİ nümayəndələrinin dəstəyi ilə başladılır və onlar tərəfindən maliyyələşdiriləcək. Buraya texnologiyadan istifadə ssenarilərinin yaradılması daxildir. Bu layihədə Nokia-dan başqa, digər IT şirkətləri olan Ericsson, Intel, Siemens, həmçinin mobil operatorlar Orange və Telefonica iştirak edəcək.


İnkişaf 3 mərhələdə reallaşdırılacaq. Birinci mərhələdə layihə üzərində iş planlaşdırma və qrafikə salmaq, ikinci mərhələdə texnologiyaların tətbiqi, üçüncü mərhələdə isə ABŞ hökuməti ilə birgə tədqiqatın aparılması və texnologiyanın birgə inkişafı üçün investisiya əməkdaşlığı daxildir. Nokia hazırda 5G şəbəkələrini aktiv bir şəkildə tətbiq edir. 2018-ci ilin sentyabr ayında Nokia şirkəti Telia mobil operatoru ilə birlikdə Finlandiyada ilk 5G şəbəkələrini istifadəyə verib. Eyni zamanda, bu günə qədər bu cür layihə yalnız müxtəlif ölkələrdə məhdud ərazilərdə mövcuddur. Xüsusilə qonşu Rusiyada tezliklərin ayrılması ilə bağlı tez-tez problem yaşanır.