Pantone araşdırma institutu 2021-ci ilin iki rənginin adını açıqlayıb.
Facemark.az xəbər verir ki, institutun məlumatına görə, 2021-ci ilin rəngləri mükəmməl boz (Ultimate Gray) və işıqlandırıcı parlaq sarıdır (Illuminating).
Pantone araşdırma institutunun direktoru Leatris Eysman özünün açıqlamasında deyib ki, 2021-ci ilin rəngləri olacaq mükəmməl boz və işıqlandırıcı parlaq sarı ruhun gücü ilə dəstəklənən müsbət bir kombinasiya yaradır.
Bu artıq 20 ildən artıq bir müddətdə ikinci dəfədir ki, Pantone İnstitutu yeni ilin bir deyil, iki rəngini birdən seçir.
Bildirək ki, 2020-ci ildə Pantone İnstitunun versiyasına görə, ilin rəngi davamlılığı və güvəni simvolizə edən klassik mavi rəngi idi.
Pantone araşdırma şirkəti proqnoz edir ki, onun 2021-ci illə bağlı açıqladığı rəng trendləri moda, mebel istehsalı, sənaye və qrafik dizayn sahələrində öz təsirini göstərəcək.
Xatırlatmaq yerinə düşər ki, daha öncə fotoların axtarışı üzrə platforma Shutterstock 2021-ci ilin rəng trendləri ilə bağlı özünün proqnozunu açıqlamışdı. Platformanın versiyasına görə isə 2021-ci ilin rəngləri Set Sail Champagne - daha da ağardılmış ağ, şampan rəngi, Fortuna Gold - dərin qızılı, Tidewater Green - dərin mavi və yaşıl çalarlardır.
Onu da əlavə edək ki, YouTube striminq platforması üzərindən daha öncə facemark.az-ın video layihəsi olan fmr videolarının mövzularından biri son beş ildəki rəng trendləri ilə bağlı olmuşdu. Həmin videonu da yazının sonuna əlavə edirik.
