Apple, uzun zamandır ki, gözlənən yeni qulaqlığı AirPods Max-i elan edib. Budur, qulaqlığın əsas funksiyaları və Türkiyə qiyməti...


Apple, AirPods ailəsinin yeni modeli olan AirPods Max modelini təqdim edib.



Facemark.az xəbər verir ki, kosmos bozu, gümüş rəngi, göy mavisi, yaşıl və çəhrayı rənglər olmaqla beş rəng seçimi var.



Bu gündən etibarən bir sıra bazarlarda sifariş edilməyə başlanılıb. AirPods Max 15 Dekabr, Çərşənbə Axşamından etibarən satışa çıxarılacaq. AirPods Max, AirPods və AirPods Pro modellərindən fərqli olaraq qulaq üstü bir dizayna malikdir. AirPods Max, 134 qramlıq bir ağırlığa malikdir. Türkiyədə məhsulun qiymətləri 1240 manatdır.



Siri ilə səsləndir funksiyası ilə mesajları sizə oxuya bilir.