İsveç mebel markası IKEA özünün illik çap kataloqunu hazırlamağı artıq dayandırır.
Facemark.az xəbər verir ki, şirkətin saytında verilən məlumata görə, kataloq kağız versiyasında 1951-ci ildən bəri idi ki, çıxırdı.
70 ildən çoxdur ki, çıxan kataloqun çap versiyasının dayandırılmasının səbəbi odur ki, müştərilər tərəfindən onların oxunuşu sayı daha azdır və onlayn versiyaya baxış sayı isə daha çoxdur. Yəni, internetin inkişafına görə kataloqun çap versiyası populyarlığını itirib. IKEA tərəfindən verilən məlumata görə, kompaniya rəqəmsal texnologiyalara davamlı olaraq investisiya edir və nəticədə ötən il onlayn satışları 45% artım nümayiş etdirib. Eləcə də ikea.com saytına il ərzində 4 milyard dəfədən çox ziyarət olub.
Şirkətin ilk kağız kataloqu 1951-ci ildə 285 000 tiraj ilə çıxıb. 2016-cı ildə isə IKEA-nın çap kataloqunun istehsalı ən kütləvi hal alıb. Həmin vaxt şirkətin 32 dildə 200 000 000-dan çox nüsxəsi çıxmışdı. 2000-ci ildə isə kataloq ilk dəfə onlayn çıxmağa başlayıb. Şirkət irqçi foto səbəbindən özünün 2021 kataloqunu yenidən çapdan çıxarmalı olub. Şirkət neqativ bir streotip yaratmamaq üçün düzəlişə getməli olub.