Almaniyanın avtomobil nəhəngi Opel, uzun illərdir ki, istifadə etdiyi loqosunu dəyişib. Əvvəlkinə görə daha incə bir struktura sahib olan yeni loqoda yazı tipi və dizayn “təmiz dizayn” anlayışı ilə yenilənib.
Facemark.az xəbər verir ki, yeni dizaynda arxa planda yer alan rəngə də dəyişiklik edilib.
Marka, daha öncə istifadə etdiyi “Günəş Sarısı” rəngini daha kəskin bir sarıya dəyişdirib. Loqo dəyişikliyi son illərdə avtomobil bazarının qabaqcıl trendlərindəndir. Yaxın zamanlarda BMW, Toyota, Nissan və Volkswagen də loqolarını yeniləmişdi. Bu yenilənmə həyəcanı elektrikli avtomobillərə keçidin bir parçası olaraq dəyərləndirilir.
