ABŞ səlahiyyətləri – TikTok platformasına qoyulan qadağanı daha bir həftə - 4 dekabra qədər uzadıb.


Facemark.az xəbər verir ki, Reuters nəşrinin yazdığına görə, müvafiq qərar Beynəlxalq İnvestisiya Komitəsi tərəfindən verilib.


Donald Trampın administrasiyası Çinin Byte Dance şirkətinin TikTok sosial platformasının Amerika seqmentinin satma tələbi icra etməsini daha yeddi gün təxirə salıb. Trampın müvafiq tələbi avqustda verilib və noyabrın 27-də artıq sona çatıb.


Sosial şəbəkəyə təzyiq Tramp tərəfindən edilməyə başlayıb. Amerika səlahiyyətliləri TikTok-u milli təhlükəsizliyə təhdid hesab edirlər. Onların fikrincə, tətbiq istifadəçi məlumatlarını toplayır və onları Çinin xüsusi xidmət orqanlarına göndərir. Donald Tramp TikTok-un hər hansı bir Amerika şirkətinə satılmasını tələb etdi. Lakin ByteDance xidmətin Amerika seqmentinin milli şirkətlərə satılması barədə razılığa gələ bilməyiblər. Sonra ABŞ-ın Ticarət Nazirliyi müqavilənin bağlanması üçün xidmətə daha 2 həftə əlavə vaxt verdi.


Microsoft şirkəti TikTok-u sentyabr ayının əvvəlində almağa hazır olduğunu elan etsə də, yekun müqavilə baş tutmadı. ByteDance sentyabrın 13-də Microsoft şirkətinə Amerika bölməsini onlara satmayacaqlarını elan edən məktub göndərdilər. Daha sonra Oracle video servis üçün əsas alıcılardan birinə çevrildi, lakin bu cəhdin də nəticəsi uğursuz alındı.