Mesajlaşma xidməti Whatsapp, yeni funksiyalar ilə platformasını yeniləməyə davam edir. Dünyanın ən çox istifadə edilən xidmətinin Android Beta versiyası bizi Whatsapp-ın 3 yeni funksiyası ilə tanış edir.


Divar kağızının şəxsiləşdirilməsi


WhatsApp Android Beta-sında qarşımıza çıxan ilk dəyişikliklərdən biri divar kağızları ilə bağlıdır. Platformaya əlavə edilən yeni funksiya ilə istifadəçilər hər söhbət üçün fərqli divar kağızı seçə biləcəklər. Beləliklə, divar kağızları bütün söhbət edənlər üçün özəlləşdiriləcək. Adıçəkilən divar kağızı üçün şəffaflıq tənzimlənməsi də təqdim ediləcək.


Videolara “səssiz” butonu


WhatsApp yenilənmədən sonra, şəxslərin videoları başqası ilə paylaşmadan öncə səssizə almasına da imkan verəcək. Beləliklə, video paylaşan zaman çıxan ekranda səssiz olmasını istədiyiniz videolar tək bir toxunuş ilə səssiz olaraq göndəriləcək.


“Daha sonra oxu funksiyası”


Platformaya gələcək “Daha sonra oxu” yeniliyi isə WhatsApp arxivlənmiş söhbətlər funksiyasının daha da inkişaf etmiş halı olaraq dəyərləndirilir. Daha sonra oxu funksiyası ilə arxivləmiş kontentlərin adı dəyişəcək.


Yuxarıda adı çəkilən funksiyaların nə zaman istifadəyə veriləcəyi ilə bağlı isə şirkətdən hələ ki, rəsmi bir açıqlama gəlməyib.