WhatsApp sosial platforması dünyanın bütün yerlərində biznes profillərin çat yerində səsli axtarışı mağaza ikonu ilə əvəz edib.
Facemark.az xəbər verir ki, Adwek nəşrinin məlumatına görə, istifadəçilər kataloqa şirkətin saytına daxil olmadan birbaşa messencerdən baxa biləcəklər.
Yeni funksiyanı WhatsApp Business seçimindən istifadə edən şirkətlər istifadə edə bilər.
Hazırda yeni funksiya ilə sadəcə kataloqda olan məhsullara baxmaq olar, amma gələcək üçün nəzərdə tutulub ki, məhsul da almaq mümkün olsun.