Douyin/TikTok və Toutiao-nun sahibi olan Çinin ByteDance şirkəti illik 27,2 milyard dollar reklam gəliri əldə etmək yolunda irəliləyir.
Facemark.az-ın məlumatına görə, Reuters nəşri öz mənbəyinə istinadən yazır ki, bu halda o Çinin rəqəmsal reklam bazarında ikinci yerini qoruyub saxlayacaq. Toplam gəlir baxımından isə şirkət 30 milyard dollar hədəfləyir.
AgencyChina-nın analitiki Maykl Norris daha əvvəlki açıqlamasında demişdir ki, Byte Dance-nin iki il ərzində bazar dəyəri 5%-dən 22%-ə yüksəlib. Onun proqnozuna görə, TikTok-un sahibi reklam gəliri baxımından başqa bir texnoloji nəhəngi Baidu-nu ötüb keçəcək.
TikTok ByteDance-nin ən məşhur layihəsi olsa da, onun ana şirkətin gəlirinə faydası çox azdır. Şirkətin gəlirinin əsas hissəsi 60%-i Douyin (TikTok-un Çin versiyası), xəbərlər aqreqatoru Jinri Toutiao (20%) və Xigua (3%) videohostinqindən gəlir.
Hələ 2019-cu ilin birinci yarısında ByteDance əsas rəqibi Baidunu geridə qoymuşdu və digital bazarda mövqeyini möhkəmləndirmişdi. R3 konsaltinq şirkətinin proqnozuna görə, o vaxt ByteDance-nin reklamdan gəliri 7,6 milyard təşkil etmişdi, Alibaba Group-da isə bu rəqəm 10,9 milyard dollar idi. Bu il isə analitiklər liderlər arasındakı fərqin azaldığını qeyd edir.