“All Things Digital” nəşrinin informasiyasına əsasən, “Apple” şirkəti 2012-ci ilin oktyabrında 7 düymlü ekrana malik “iPad” planşetinin kiçik versiyasını təqdim edəcək.
Şirkət əvvəlcə flaqman smartfonunun son versiyasını təqdim edəcək. “Apple” şirkəti yalnız yeni nəsil “iPhone” smartfonu bazara çıxarıldıqdan sonra “iPad” planşetinin kiçik versiyasını təqdim edəcək.