Aşağıda haqqında bəhs edəcəyimiz brauzerlər istifadəçinin təhlükəsizliyini maksimum qorumaq üçün hazırlanıb. Bütün populyar brauzerlər istifadəçilərin məlumatlarını toplayır. Axtarış sorğuları, baş çəkdiyi səhifələr, oxuduğu məqalələr, baxdığı videolara, əsasən, istifadəçinin maraqları, şəxsi məlumatları, siyasi baxışı da daxil olmaqla digital sənədi hazırlanır. Bu isə istifadəçiyə müvafiq reklam, xəbər göstərmək məqsədi daşıyır. Bundan başqa, elə insanlar var ki, onlar davranış və vərdişləri haqda məlumatların toplanmasını sevmirlər. Aşağıdakı brauzerlər məhz onlar üçündür.


1. Tor Browser



Tor şəbəkəsi haqqında eşitməyən, onlayn konfidensial barəsində maraqlanmayan insan tapmaq çətindir. Bu internetdə sörfinq edən zaman sizi tanımamaq üçün hazırlanmış xüsusi proqram şəbəkəsidir. Tor şəbəkəsindən istifadə etmək üçün xeyli proqramlar var, lakin ən təhlükəsizi Tor Browserdir.


Əməliyyat sistemləri: Windows, Mac, Linux.


YÜKLƏMƏK ÜÇÜN https://www.torproject.org/download/


2. Epic Browser



Epic Browser hər-hansı bir inkişaf etmiş texnologiya təqdim etmir. Brauzeri özünüzə rahat bir şəkildə konfiqurasiya edə bilərsiniz.


Əməliyyat sistemləri: Windows, Mac.



YÜKLƏMƏK ÜÇÜN https://www.epicbrowser.com/


3. SRWare Iron


Əgər Chrome-dən istifadə edirsinizsə, SRWare Iron interfeysi sizə çox tanış olmalıdır. Chrome-də olan funksiyalar SRWare Iron da mükəmməl işləyir, ona görə də vərdişlərinizdən imtina etməyinizə gərək yoxdur. Bu brauzerdən istifadə edirsinizsə, anonim qalacaqsınız. Əmin ola bilərsiniz.


Əməliyyat sistemləri: Windows, Mac, Linux, Android.


YÜKLƏMƏK ÜÇÜN https://www.srware.net/iron/


4. Comodo IceDragon



O Firefox-ın xüsusi bir versiyasıdır. İnternet təhdidlərindən qoruyur və aşağı system tələblərinə malikdir. Ana brauzerlə eyni sürətdə səhifə yükləmək sürətinə sahibdir. Comodo mütəxəssisləri tərəfindən hazırlanan vasitələr məxfiliyi izləyir və məxfi məlumatların sızmasının qarşısını alır. Siteinspector-un link skan xüsusiyyəti veb saytları ziyarət etməmişdən öncə onların təhlükəsizliyini yoxlayır. Daxili Secure DNS xidməti isə fişinq, virus, aqressiv reklamları bloklayır.


Əməliyyat sistemləri: Windows, Mac, Linux.


YÜKLƏMƏK ÜÇÜN https://ru.comodo.com/software/browser/icedragon-browser.php