Social Techwear COVID-19 Edition kommunikasiya agentliyi PRT Edelman Affiliate-ın Rusiya brendi Vimade Atelier ilə birgə hazırlanıb.
Facemark.az xəbər verir ki, daxili işıq və titrəmə sensoru olan üst köynək insanların sıx olduğu yerlərdə minimal məsafənin pozulması hallarında sahibinə xəbərdarlıq edəcək.
İnsanlar arasında məsafə 1,5 metrdən az olarsa, bu halda geyimin üzərindəki sensor işə düşəcək. Siqnal cihazının gövdəsi 3D əsaslıdır, batareyalar ilə çalışır. İçəridə ultrasəs məsafə ölçmə cihazı quraşdırılıb.
Social Techwear COVID-19-u, kraudfandinq platforması Boomstarter-də sifariş verilə bilər. Məhsul 100 ədəd olmaqla, məhdud sayda hazırlanıb. Məhsulun dəyəri 9,6 min rubldur, təxminən 200 manat.