Business Insider-in öz mənbələri ilə olan sorğusu göstərib ki, daha öncə reklamverənlər biznes prosesinin sadələşdirilməsi və qənaət üçün büdcələrini bir agentlik üzrə konsolidirasiya edib.
Facemark.az xəbər verir ki, ID Comms konsoltinq şirkətinin rəhbəri Tom Denton deyir ki, indi şirkətlərin marketinq direktorları (CMO-lar) büdcəyə nəzarəti gücləndirirlər və onu bir neçə partnyoru arasında bölürlər.
Məsələn, MediaLink-ın idarəedici direktoru Donna Sharpın müşahidə etdiyinə görə, böyük şirkətlər özlərinin data-tapşırıqlarını güclü portfolioya sahib olan agentliklərə həvalə edirlər.
Məsafədən çalışmağa keçid, bir çox şirkətlərin IT və ofis xərclərinin azaldılmasına kömək edib. Bu da onlara imkan verir ki, daha çox vaxt qazanaraq, tenderlərdə daha yaxşı təkliflər ilə çıxış etsinlər. Məsələn, əlavə ofis xərclərindən imtina edənlər arasında McCann Worldgroup və Dentsu var.
Bəs, qarşıdakı aylarda reklam bazarını nə gözləyir? - MÜTƏXƏSSİSLƏRİN CAVABI
MediaLink CEO-su Maykl Kassan hesab edir ki, yaxın aylarda marketoloq və agentliklər çətin bir seçim qarşısında qalacaqlar. Agentliklər, ya buna adaptasiya olmalı, ya da bazardan çəkilməli, "ölməlidirlər".
Əlavə edirlər ki, marketinq büdcəsinə nəzarət və işə maksimum effektivlik əlavə etmək, onların yeni bir tenderə qoşulması ilə nəticələnə bilər.
Flock Associates konsoltinq şirkətinin icraçı direktoru Mitçel Kaplan qeyd edir ki, belə tender təklifləri ən çox riteyler, bank və əczaçılıq sektorundan gələcək.
Comvergence rəhbəri Olivie Gotie isə deyir ki, reklam holdinqləri böyüməyə can atır, ancaq məhdud qaynaqlar onları böyük müştərilərə fokuslanmağına mane olur.