Ötən ay iPhone modellerini təqdim edən Apple “One More Thing” adlı yeni konfransının baş tutacağını elan edib.
Facemark.az xəbər verir ki, elanda paylaşılıb ki, “Bir şey daha” mesajı ilə konfrans 10 Noyabr, 22:00-da keçiriləcək. Burada yeni Arm prosessorlu iMac və Macbook Air təqdim ediləcək.
Konfranda Apple Silicon prosessorlu ilk Mac modelinin təqdim edilməsi gözlənilir. Yeni prosessorun Mac modellərinə yüksək performans və aşağı enerji istehlakı qatacağı deyilir. Mənbələrə görə, təqdim ediləcək modellər isə MacBook 12 inç, MacBook 14 inç və iMac 24 inç olacaq.
Konfransda, həmçinin, macOS Big Sur-un da təqdim edilməsi gözlənilir. MacOS Big Sur, Apple-ın Mac kompüterləri üçün əməliyyat sistemi olan macOS-un bir sonrakı böyük versiyası olaraq WWDC20-də qarşımıza çıxacaq.
Bu xəbərlər bağlı ilk yazımız 03 noyabrda facemark.az-da yayımlanmışdı.
