2020-ci ildə bir sıra qajetlərin premyerası zamanı onların bir sıra yeni texnologiyanı dəstəklədiyinin şahidi olduq. Bütün bunlar bu günə qədər əlçatmaz kimi görünürdü. Məsələn, yeni qajetlər 5G-ni dəstəkləyir, artırılmış reallıq əsaslıdır, qatlana bilən displeyə sahibdir, 120 Hz yeniləmə sürəti və s. yeniliklər arasındadır.
Facemark.az xəbər verir ki, Business Insider nəşrinin yazdığına görə, bu yeniliklər heç də alıcılar tərəfindən birmənalı qarşılanmaya və kütləvi qəbul edilməyə bilər.
Bu texnologiyalar bu gün real həyatda mövcud olda da, heç də hər kəs ondan faydalana bilməz. Eyni zamanda, istehsalçılar bu funksiyaları cihazlarının satış xüsusiyyəti kimi təqdim edərək, marketinq materiallarında istifadə edirlər.
5G şəbəkələrini dəstəkləyir
Məsələn, oktyabr ayının əvvəlində, Apple əvvəlki nəsil şəbəkələrə nisbətən daha sürətli məlumat ötürmə qabiliyyətinə malik 5G şəbəkələrini dəstəkləyə biləcək yeni iPhone 12 seriyasını təqdim edib.
Bu xüsusiyyətin tətbiqi isə şirkətin CEO-su Tim Kuk tərəfindən bir irəliləyiş və “iPhone üçün yeni bir dövrün başlanğıcı kimi” qiymətləndirildi. Son iPhone-lar üçün 5G şəbəkəsinin standart hala gəlməsi Apple smartfon istifadəçilərinin artıq yeni nəsil şəbəkəsinə çıxışı deməkdir.
Bununla birlikdə əməmiyyətli bir əmma var, bu isə odur ki, 5G heç də hər yerdə deyil. Məsələn, qonşu ölkə Rusiyada belə beşinci nəsil mobil şəbəkənin siqnalını almaq mümkün olduğu bir neçə eksperimental zonalar var. Eləcə də Qafqaz ölkələri belə hələ indi 4G-yə keçid edir. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə 5G yalnız bir neçə şəhərdə işləyir və əhalinin əksəriyyəti üçün əlçatan deyil.
Məsələn, Mobile Research Group-un aparıcı analitiki Eldar Murtazin hesab edir ki, müştərinin sabah nə vaxtsa əlçatan olacağını düşündüyü texnologiyanı dəstəkləyən bir cihazı alacağı absurd görünür. Onun fikrincə, mobil rabitənin beşinci nəsli yalnız 2021-2022-ci illərdə geniş yayıla bilər.
“Hər şey belə smartfonları harada istifadə ediləcəyi ilə bağlıdır. 5G şəbəkələri tədricən inkişaf edir və Cənubi Koreya, Yaponiya kimi ölkələr artıq mobil rabitənin beşinci nəslini tətbiq edirlər”, - deyə analitik sözlərinə əlavə edib.
Beləliklə, bir smartfonda 5G dəstəyi, heç də müştərilərin gələcək nəsil ünsiyyətinin bütün üstünlüklərini qiymətləndirə biləcəyinə zəmanət vermir. Çünki bütün dünyada lazımı infrastruktur yoxdur.
Eyni zamanda, bu texnologiyaya dəstək Samsung, Huawei kimi dünya brendləri tərəfindən uzun zamandır ki, dəstəklənir.
Ekspertlərin bir başqa qrupu isə hesab edir ki, müştərilərə daim yeni məhsullar lazım olduğundan dolayı, şirkətlər də belə yeniliklər edirlər. Ona görə də, bu günün cihazlarında gələcək texnologiyaların tətbiqində bir məna var.