Canalys, IDC və Counterpoint Research-ün məlumatına görə, 2020-ci ilin iyul, avqust, sentyabr aylarını əhatə edən üçüncü rübdə Xiaomi, Samsung və Huawei-dən sonra dünyanın ən böyük üçüncü ağıllı telefon istehsalçısı olub.


Facemark.az xəbər verir ki, IDC-yə görə, 2020-ci ilin üçüncü rübündə qlobal ağıllı telefon bazarında satışlarda bir öncəki ilin eyni rübünə görə 1,3% gerilənmə yaşanıb.


Şirkətin 9%-lik təxmininə görə, daha yaxşı bir satış performansı göstərən və yaxşılaşma siqnalı verən ağıllı telefon bazarında Xiaomi, 46,5 milyon cihaz satma uğuru ilə dünya miqyasında ən böyük ağıllı telefon istehsalçıları arasında təkrar üçüncü sıraya keçib.


Xiaomi bu uğura çatmasında Hindistandakı vacib uğurlar və şirkətin üçüncü rübdə satış həcminin 53%-ni təşkil edən Çindəki güclü varlığı böyük rol oynayıb.


Counterpoint Market Monitor Service edilən son araşdırmaya görə, Xiaomi bir öncəki rübə görə 75% böyüyərək bazar payını 13%-ə yüksəldib.



Araşdırma analitiki Abhilash Kumar mövzu ilə bağlı bunları deyib:


“Xiaomi, 2020-ci ilin üçüncü rübündə 46,2 milyon ədəd ilə bu günə qədərki ən yüksək satış miqdarına nail olub. Şirkətin Çində apardığı böyümə mübarizəsi sona çatdı. Satışlar illik səviyyədə 28%, rüblük səviyyədə isə 35% artdı.


Xiaom-nin Çindən gələn bu yaxşı rəqəmləri, markanın avqustda bu bazarda 10-cu ildönümü ilə bağlı həyata keçirdiyi bir sıra kampaniya və promosiyalar böyük rol oynayıb.


Həmçinin LATAM, Avrupa və MEA kimi yeni bazarlarda Xiaomi-nin bazar payı sürətlə artıb. Marka, həmçinin İndoneziya, Flippin, Viyetnam kimi Cənubi-Şərqi Asiya bazarlarında çox yaxşı performans göstərdi”, - deyə analitik, bildirib.